عمریست ای پری که رخت را ندیده‌ایمما را تو دیده‌ای و تو را ما ندیده‌ایم

Ey pəri, bir ömrdür ol gülüzarı görmədik,Sən bizi gördün, biz ol bietibarı görmədik.

بسیار دیده‌ایم بتان کم‌التفاتکم‌التفات‌تر از تو قطعا ندیده‌ایم

Mərhəmətsiz çox gözəllər görmüşük aləmdə biz,Sən kimi bir mərhəmətsiz zülmkarı görmədik.

چون آب گشته‌ایم بسی گرد باغ‌هاسروی بسان آن قد رعنا ندیده‌ایم

Çox cəfa görsək də yardan, kuyini tərk etmədik,Dəhrdə bir başqa əmniyyət diyarı görmədik.

جایی نرفته‌ایم که آنجا ز درد و غماسباب مرگ خویش مهیا ندیده‌ایم

Bir axar su tək dolaşıq bağların ətrafını,Qamətin tək bir gözəl sərvi, çinarı görmədik.

با کس نکرده‌ایم دمی همدمی کزوصد داغ درد بر دل شیدا ندیده‌ایم

Hər yerə getdik, bizi öldürməyə lazım olanDərdü möhnətdən o yerlər olsun ari, görmədik.

معلوم کرده‌ایم به از رنج عشق نیستبا آنکه روی راحت دنیا ندیده‌ایم

Həmdəm olduq hər kəsə, bir dəm dili-şeydamıza,Vurmasın yüz min yara birəhm yarı, görmədik.

Məqtə — şairin təxəllüsü olan son beyt. از حد زیاده است فضولی جنون توکس را چنین مقید سودا ندیده‌ایم

Məqtə — şairin təxəllüsü olan son beyt. Həddini aşmış Füzuli, səndəki divanəlik,Sən tək olsun bir nəfər eşqin düçarı, görmədik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq