چنان بنهفته ضعف تن مرا لطف بدن او را
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
چنان بنهفته ضعف تن مرا لطف بدن او راکه رفته عمرها نی او مرا دیده نه من او را
Gizliyəm zəfdə mən, lütfdə yarın bədəni,Mən onu görməmişəm xeyli zamandır, o məni.
ز درد عشق و داغ هجر می نالم خوش آن رندیکه نی اندیشه جانست و نی پروای تن او را
Çəkərəm nalələr hicrində, xoşa ol rində,Nə bədən qorxusu, nə canı üçün var məhəni.
غمت در سینه دارم شمع را کی سوز من باشدندارد جسم او جانی چه باک از سوختن او را
Yanıram sinədə qəm, şəm mənim tək yanmaz,Canı yox, cismdə yanmaqdan edə vahiməni.
ندارد بر زبان جز راز عشقت شمع می دانمکه آخر گشته بیرون می برند از انجمن او را
Sirri-eşqindir olan şəm dilində yalnız,Sönsə məclisdən atarlar, onun olmaz sevəni.
بکوه بیستون نقشی که دیدی نیست جز شیرینزده بر سنگ از رشک جمالت کوهکن او را
Bisütunda görünən əks o Şirinindir,Rəşki-ruyin buna məcbur eləyib Kuhkəni.
بت است آن سنگدل این بس کمال معجز عشقمکه می آرم باظهار تظلم در سخن او را
Qüvveyi-eşq kəmalında olan möcüzü gör,Dindirir ol daşürəkli büti-şirinsüxəni.
Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی سوخت بر تن داغهای تازه سر تا پاکه نشناسند در کوی تو از داغ کهن او را
Məqtə — şairin təxəllüsü olan son beyt. Tazə dağlarla Füzuli alışır şamü-səhər,Köhnə dağlarla görənlər tanımaz indi səni.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-14
← → düymələri ilə keçid, R — təsadüfi şeir