Ey pəri, nəqşi-ruxun adəmi divanə qılır,Düşürür dillərə, aləmləri əfsanə qılır

Sufi əbrusun xəyal etmiş isə mehrabı,Dün ü gün xəm edib qamətini yanə qılır

Necə aşiqdir o kim dildə qoya surəti-qeyr,Necə mö'mindir o kim Kə'bəni bütxanə qılır

Ləbin öpməkdə sənə zərrəcə nöqsan yoxkən,Bu qədər xişmi nəçün qəmzələrin cana qılır

Nitqiya, eşq xərab etdi könül xanəsini,Xassə gənc budur yerini viranə qılır

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq