Sən yüzi gülsüz gülüstan səhni-zindandır bana,Bu cahan işrətsarayı beytül-əhzandır bana

Hüsnünün bir an təmaşası neçə aləm dəyər,Anınçün aləmin seyrani bir andır bana

Guşeyi-dərd ü bəla vü kuçeyi-rənc ü ə'na,Ey gül-ra'na, xəyalınla gülüstandır bana

Bəndeyi-fərmanınam, ey padşahi-mülki-hüsn,Hər nə cövr eylərsən eylə, lütf ü ehsandır bana

Dil əvvəldən aşina, Nitqi, xəyali-yarilə,Qürb ü bö'd, vəsl ü hicran cümlə yeksandır bana

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran