Kuhkəndən gözükür kuhdə asar hənuz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Kuhkəndən gözükür kuhdə asar hənuz,
Ol nə bənzər mənə, onun əsəri var hənuz.
Çəkdi Məcnun ayağın badiyədən leyk, verir
Qandı güllər, ayağından çəkilən xar hənuz.
Vadiyi-eşqdə sevda ilə sərgəştə idim,
Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz.
Nöqteyi-xalinə bağlanmış idi canü könül,
Gəzmədən daireyi-dövrdə pərgar hənuz.
Mahə çəkdim şəbi-hicran ələmi-şöleyi-ah,
Ah kim, olmadı ol mah xəbərdar hənuz.
Naleyi-zarım ilə xəlqə haram oldu yuxu,
Qarə bəxtim yuxudan olmadı bidar hənuz.
Mərhəmi-vəsli ilə buldu qamu dərdə dəva,
Bu Füzuli ələmi-hicr ilə bimar hənuz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-kuhkenden-gozukur-kuhde-asar-henuz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey məh, mənimlə dustlərim düşmən eylədin,Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Ey xədəngi-qəminə sineyi-əhbab hədəfEy xədəngi-qəminə sineyi-əhbab hədəf,Müntəzir xəncəri-müjganinə canlar səf-səf.
Əksi-rüxsarın ilə oldu müzəyyən miratƏksi-rüxsarın ilə oldu müzəyyən mir’at,Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.
Faş qıldın qəmim, ey dideyi-xunbar, mənimFaş qıldın qəmim, ey dideyi-xunbar, mənim!Eylədin mərdümə nəm olduğun izhar mənim.
Başqa şairlərin şeirləri · Hicran
در طور عدم گشتن من وصل تو موجود
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdurYenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.