Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.Zaman dönməz öz hökmündən... Biz ayrıldıq, tez ayrıldıq,Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,Dilək ölməz, ürək ölməz, sevənlərçün ölüm yoxdur.Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.

Oktyabr, 1961

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq