Qorxuram
İki yolun ayrıcında dayanıb,Gah o yandan, gah bu yandan qorxuram.Divdən deyil, milçək qədər gücüyləMən özünü div sayandan qorxuram.
Haqq evində haqq divanı qurulmuş,Hər qazancın öz bahası sorulmuş.Təmənnasız boynumuza yük olmuşBağışlanan şərəf-şandan qorxuram.
Bu dünyadan umacağım mizandır,Qorxduğum kəs bu mizam pozandır.Tox gədanın qudurması yamandırAcandan yox, mən doyandan qorxuram.
Uyuruqsa nəfs adlanan elçiyə,Tüpürürük vicdan kəsən ölçüyə.Odur verən düz qiyməti hər şeyəVicdanından qorxmayandan qorxuram.
Dekabr, 1998
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-qorxuram
← → düymələri ilə keçid, R — təsadüfi şeir