"Düşdüyümüz oyuna bax"

Kürsü qalır, oturanlar dəyişir,Gələn deyir, gəlişimlə yaz olub.Bircə ili başa vurub qışqırır:"Dəyişdirdim, əyri dönüb düz olub".

Sən yalanın boyuna bax, ay Allah,Divanına, toyuna bax, ay Allah.Düşdüyümüz oyuna bax, ay Allah,Otuz ilin fahişəsi qız olub.

İpək imiş açılmamış barama?Hər çiçəkdən məlhəm olmaz yarama.Hər dənizdən sən mirvari arama,Yaxşı pisdən, qızıl misdən az olub.

Alqışlara, təriflərə uyma çox,Nüfuzunu dağ başına qoyma çox,"Mən, mən" deyə öz döşünə döymə çoxHansı sərçə ləpirindən iz olub?

Gördüm vaxtın fitnəsini, felini,Ey Bəxtiyar, saxla görək dilini.Sındırıblar həqiqətin belini,İndi dönüb ağızlarda söz olub.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq