Dünya,bu qoca dünyaBina olandan bəri,Hərlənir soldan-sağaGöydə Günəş,Yerdəsəsaatın əqrəbləri.Bu minvalla dolanır,Yerlər,Göylər,Dənizlər.Əqrəblər vaxtı izlər,Vaxt da günəşi izlər.Ah!.Bu daş, bu tərəzi,Ah!... Bu ölçü, bu mizan,Bəzən irəli gedir.Bəzən geriyə qalırQəlbimizdə qurulanMin bir səsli saatdan.Bəzən səhər olmamışAxşam olur mənimçünBəzən sonsuzluq qədərUzanır,uzanır gün,Ürəkdəki "saatlar"Qəlbin öz iqliminə,Nəğməsinə, siminəDaim həmahəng olur,Hər qəlbin öz eşqinə,Arzusuna qurulur...İnsan saata görəÇox dolandı,Çox döndü.O cansız əqrəblərinArxasınca süründü.

Daha böyük günlərəQanadlanır eşqimiz,Alnıaçıq,gülərüz,Sabaha gedirik biz.Vaxt gələcək,bir zamanQəlbimizdə dolananSaatlarla dönəcək,Dolanacaq bu dövran.

İyun, 1964

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri