Nekroloq
Nekroloq - bir həyatın son nidası,- son səsi,Bir mənalı həyatın ən qısa mənzərəsi.Ömrün bütün günləri tez bir yerə yığışdıon cümləyə sığışdı...Mərhuma bircə anlıq versəydilər ömr əgər,Baxıb, baxıb yad kimi,o buna ağlardımı, o buna gülərdimi?..Boylandı əməllərin ən kütah lövhəsindənmərhum bizə son kərə.Hər kəsin arzuları çoxdur əməllərindənmin kərə, milyon kərə.Ürəkdəki arzular əməllərdən əzəldir,Eləmək istədiyim mənim elədiyimdənhəm çox, həm də gözəldir!Eləysə... Nekroloqa ömür tam olsun deyəƏməllərlə bərabər ən gözəl arzular daniyə yazılmır, niyə?!
Fevral, 1964
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-nekroloq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Daş barılar, qalalar,Bürclər durur yan-yana.
Fəryadİtaliyanın qədim Pompey şəhəriVezuvi vulkanının püskürməsindən məhv olmuşdur.
Latın diliLatın dili!Hər sözündə dünya boyda yük daşıyır,
Hayd parkLondonda "Haydpark" deyilən bir bağda hər kəsistədiyini danışmaq, hətta hökuməti ittiham etmək
Başqa şairlərin şeirləri
Gənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Təngə gəldim, saqiya, bu məscidi-viranədənTəngə gəldim, saqiya, bu məscidi-viranədən,Gəl, tərəhhüm eylə bir yer ver mənə meyxanədən.
Bu şəhin zatini haq məzhəri-tofiq etdiBu şəhin zatini haq məzhəri-tofiq etdi,Namini çünki Qədir isminə tətbiq etdi.