Bir zaman vardı,Verst ağaclarını saya-saya,Üç günə gedərdikMoskvaya.Darıxardıq,Bu sürətin ləngliyinə,Sonra uçduq səkkiz saata,Darıxdıq,Darıxdıq yenə...İndi üç saata gedirik,ancaqYolun uzunluğuYenə darıxdırır bizi,İşıqdan almaq istəyiriksürətimizi.Yox!Bu sürət də bizə yenə azdır, az!Bu sürətFikrimizin sürətinə çatmaz.Mən əsrin oğluyam,əsrin!DarıxmamaqçınMənəFikrimin sürətini verin!

Sentyabr, 1963

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri