Qanmaq - qanmamaq
Bütün ömrüm boyu anlar kimiQəzetdən, kitabdan mən şirə çəkdim.Bilməyə çalışdım bilmədiyimi,Bunu bilmədim ki, mən bilməsəydim,Nəyi uduzacaq, itirəcəydim?Qazancım nə oldu, İtirdiyim nə?Qazancım dəyərmi itirdiyimə?
Qanmazın qandığı bir şey var ancaq:Özünü hər yerdə düz, doğru saymaq!O, elə bilir ki, səhv edə bilməz,Bir müşkül önündə ağlı yenilməz.Onun əməlində olmaz bir "xəta",
Ondan ağıllısı yox bu dünyada.Qandınsa... şübhələr və tərəddüdlərÖmrünün peykinə dönəcək sənin.Qandınsa... qəlbində dil açan kədərƏzmini, eşqini yenəcək sənin.Qananlar uduzur batıb dərində,Qananlar uduzur şübhələrində -Bağrına çəkilən qanma dağından.Qanmazlar qazanır qanmadığından.Qandıqca... özümlə durdum üz-üzəO da mən,Bu da mən.Kimə haqq verim?Möcüzə içində başqa möcüzə.Nə hakim bəllidir, nə də müttəhim.Kaş, qanmayaydımÖzümlə üz-üzə dayanmayaydım.
Fevral, 1985
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-qanmaq-qanmamaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Y. Məmmədəliyevə ithaf*Deyirlər, çox ardır yüz il, əlli il,
Qara saçlar, ağ saçlarSaçlarıma dən düşür, dən düşür, yaman düşür,Hər baxanda anamın ürəyinə qan düşür.
Dünyamı, mənmi?Uşaqlıq şəklimə hey baxıram mən,İllər xəyalımdan süzülüb keçir.
Qağayı kimiHəm dənizdə, həm havada, həm də yerdə cövlanı var,Həm üzürlər,
Başqa şairlərin şeirləri
Gərək biz sonradan görüşməyəydik,nə açıq, nə pünhan...
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
ƏskinasEy büt-i rənayi-zaman əskinas,Şahid-i zibayi-cahan əskinas,