Ey məh, mənimlə dustlərim düşmən eylədin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey məh, mənimlə dustlərim düşmən eylədin,Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Peykanlarınla doldu tənim, afərin sənəBidad çəkməyə tənimi ahən eylədin.
Təhsin sənə ki, könlüm evin tirə qoymadın,Hər zəxmi-navəkin ona bir rövzən eylədin.
Olsun ziyadə rif’ətin, ey ahi-atəşin,Möhnətsəramizi bu gecə rövşən eylədin.
Əksilməsin təravətim, ey əşki-laləgun,Gül-gül damıb məqamımızı gülşən eylədin.
Can çıxsa, mənzil etməyə ev tut hübabdən,Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Mümkün degil, Füzuli, cahanda iqamətin,Bihudə sən bu mərhələdə məskən eylədin.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-meh-menimle-dustlerim-dusmen-eyledin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.
Bilməz idim, bilmək ağzın sirrini düşvar imişBilməz idim, bilmək ağzın sirrini düşvar imiş,Ağzını derlərdi yox, dediklərincə var imiş.
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandanBudur fərqi, könül, məhşər gününün ruzi-hicrandanKim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Buraxdı xakə hüsnün afitabi-aləmarayiBuraxdı xakə hüsnün afitabi-aləmarayi,Götürdü yer üzündən möcizi-ləlin Məsihayi.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
KənarındaBugün bir gözəlin seyrinə vardım,Əlində şanəsi tel kənarında.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Bu daqalGözdə cadugərlik, xalda fitnəlik,Canım üzdü, zülfi-ənbər bu daqal,