Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək,Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək.
Ün verir can riştəsi, xəm qamətimdən çəksəm ah,Yel dəgib çəng üstidə, avazə gəlmiş tar tək.
Sinəmi ney oxların dəldi dəm urduqca könül,Ün verir hər bir dəlikdən nalə musiqar tək.
Arizin üstə xəmi-zülfün anıb, dün ta səhər,Dolanırdım hər tərəf odlarə düşmüş mar tək.
Cismi-zarım tiği-bidadindən oldu çak-çak,Tünd sudən rəxnələr peyda qılan divar tək.
Bilməyib behbudimi cövründən etdim ictinab,Təlx şərbətlərdən ikrah eyləyən bimar tək.
Xatirin cəm’ eylədin, əhli-vəfa könlün pozub,Bir imarət yapmağa min ev yıxan me’mar tək.
Bibəqadır nəş’eyi-mey, zövqin etdim imtəhan,Hiç zövqi-baqi olmaz nəş’eyi-didar tək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, xatiri-əhli-səfa ayinədir,Çərx cövründən əsər, ayinədə jəngar tək.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-konul-cox-seyr-qilma-gunbedi-devvar-tek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çünki qəlbində onun bir zərrə var sevdayi-al.
Kim öyrədib bunu, yarəb, şəfəq içində hilalÇəkildi bir tərəfə tutdu böylə daməni-al
Mərhəba, ey qələm, ey şəm’i-şəbüstani-məqalNamələr xaliqi, peyğəmbəri-me’raci-xəyal.
سرم فدای تو ای خامه خجسته خصالغزال مشک فشان طایر معنبر بال
Başqa şairlərin şeirləri · Eşq
Nigara*Mən bayquş olub
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.