Demiş hər qönçəyə aşiqligim razın səba derlər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Demiş hər qönçəyə aşiqligim razın səba derlər,El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox əmmaBizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər.
Sənin mehrü vəfa göstərdigin əğyarə çox gördüm,Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər.
Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər,Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər.
Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, halaGörənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər.
Mərizi-eşq iqdi-zülfün eylər arizu, ziraMüaliclər bu mühlik dərdə müşkildir dəva derlər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə,Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-demis-her-qonceye-asiqligim-razin-seba-derler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şölələr canıma odlu şərərimdən düşsün.
Fəryad mənim müşkül olan karımı açmazAh eyləməyim dərdi-dili-zarımı açmaz.
Çərx kin tiği çəkib, sinəmizi çakə salarYarəsindən könül öz atəşin əflakə salar.
Təkcə canım deyil, eşqində onun yarəsi varQəlbimin də ciyərim tək o qədər parəsi var.