گر فلک با تیغ کین بر سینه ام چاک افکند
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
گر فلک با تیغ کین بر سینه ام چاک افکنددل ز چاک سینه ام آتش بر افلاک افکند
Çərx kin tiği çəkib, sinəmizi çakə salar,Yarəsindən könül öz atəşin əflakə salar.
خاک را بر سر توان برداشت از راه شرفهر کجا آن سرو قامت سایه بر خاک افکند
Götürər xaki-rəhin başə, şərafət deyə xalq,Sevgilim, sərv qədin sayəsin hər xakə salar.
پاک کن دل را ز آلایش که سوز عشق راهست این عادت که پرتو بر دل پاک افکند
Qəlbini pak elə hər hiylədən, adətdir bu,Eşq öz nurunu ancaq ürəyi pakə salar.
در دل و جان شوق لعلت را نهفتم آن منمکاتشی را تا کند پنهان بخاشاک افکند
Şövqi-ləli-ləbini qəlbdə pünhan elədim,Atəşi gizlədən aşiq onu xaşakə salar.
از کمال ضعف من نبود عجب گر هستیماختلافی در میان اهل ادراک افکند
Zəfimə etmə əcəb, varlığım aləmdə mənimIxtilaf əhli-dilü sahibi-idrakə salar.
چون دهد ناصح مرا از گریه تسکین در غمتخاک راهت را مگر در چشم نمناک افکند
Ağlamaqdan mənə naseh verə bilməz təskin,Məgər o xaki-rəhin dideyi-nəmnakə salar.
Məqtə — şairin təxəllüsü olan son beyt. چون نگه دارد فضولی شیشه دل را درستزین همه سنگی که آن بدخوی بی باک افکند
Məqtə — şairin təxəllüsü olan son beyt. Şişeyi-qəlbi Füzuli necə bəs hifz eləsin,Bunca daşlar ki, o bədgu dili-bibakə salar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-191
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ruşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Hübb ayəsi, zahid, sənə Quranda tapıldıHübb ayəsi, zahid, sənə Quranda tapıldı,Misdaği mənə arizi-cananda tapıldı.
Lirik mahnı“Onu bağışlamaq olarmı?” filmindən*Yenə gəldi ilk bahar
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,