Dibaçə
DİBAÇƏ
Ya Rəb, rəhi-eşqində bəni şeyda qıl,Əhkami-ibadətin bana icra qıl.Nəzzareyi-sün’ündə gözüm bina qıl,Övsafi-həbibində dilim güya qıl.
Həzrəti-Məliki-mütə’ali-müqtədir və mün’imü müntəqimü mütəkəbbir əzzəmə sultanihu və izzə şə’nihu Kitabi-vacibüt-təkrim və kəlami-lazimüttə’zimində meydani-məhəbbət bəlakəşlərün və badiyeyi-iradət mütə’əttişlərün bu xitabi-müstətablə sərəfraz etmiş ki, "Və lənəbluvənnəkum", yə’ni ey şahrahisədaqətdə səbatiqədəm də’vasin qılanlar və ey təriqi-vəfadə lafi-istiqamət urub şərəfi-imtiyazə talib olanlar, əgərçi ərqami-səhayifə-e’tiqadınuz bizə vazeh və keyfiyyəti-rüsumi səlahü fəsadınuz bizə layeh, əmma sizə dəxi mə’lum olmaq üçün sizi imtahan edərüz "bi-şe’yin" bir nəsnə ilə "min əl-xovfi" ki, ol ibarətdür ya tərğibi-ibadət üçün bimi-üqubatiüxrəvidən, ya zühuri-rütbeyitəsalimü təvəkkül üçün tərsi-məsayibidünyəvidən, "vəl-cu’i" ki, ol ibarətdür; ya inkisari-sövləti-quvayişəhəviyyə üçün qəhti-şərabü tə’amdən, ya nifazi-əhkamişər’iyyə üçün irtikabi-siyamdən "və nəqsin min-əl-əmvali" ki, ol ibarətdür, ya bəyani-izhari-inqiyad üçün ixraci-xümsü zəkatdən, ya kəsritüğyani- nəfs üçün taraci-hadisatdən "vəl-ənfusi" ki, ol ibarətdür, ya vasiteyi-kühulətlə tənqisiqüvayi-nəfsaniyyədən, ya vəsileyi-əmrazlə tə’tili-cəvarihi-cismaniyyədən; "vəs-səmərati" ki, ol ibarətdür ya qillətifəvakihdən ki, nəticeyi-bağü bustandür, ya fövtiövladdən ki, səməreyi-şəcəreyinöv’i-insandür. Və məratibi-imtahan bəyan olduqdan sonra buyurmuş ki, "Və bəşşirissabirin", yə’ni bəşarət ver, sabirlərə, "əlləzinə", anlar kim, "İza əsabəthum musibətün" əgər vaqe’ olsa bir müsibət anlara "Qalu innə lillahi və innə ileyhi raci’un", yə’ni məbdə’i-vücudimiz Xaliqi-əkbərdir və aqibətüləmr,ana rücuimiz müqərrərdür. Hər ayinə bu ayəti-kərimə fəhvasindən və bu ibarətişərifə imasindən müstəfad olunan oldur ki, ammeyi-übbadə ümumi-bəla şamildür və cəmi’i-ərbabi-səlahü fəsad imtahan üçün "Və lənəbluvənnəkum" həsrinə daxildür. Əmma ol cümlədən məvaqii-məsaibdə daməni-təmkin dutub müztərib olmayanlar və məsadiri-nəvaibdə xatirə təskin verüb izhari-cəzə’ qılmayanlər iste’dadi-təşrifi-bəşarət bulmuşlar və müstəhəqqi tövfiqi-təqərrüb olmuşlar. Şe’r:
Talibi vərteyi-məsaibdəŞərəfi-səbr sərfəraz eylər,Səbrdür ol məhək ki, möhnətdəKüfrü imanı imtiyaz eylər.
Bu ibarət kütubi-səmavidən mənquldur ki, "Mən əhəbb əv uhibbə səbbə əleyhi’l-bəlai", yə’ni hər bəndeyi-müqbil ki, mühib olmağa ləyaqət buldu, ya məhbub olmağa qabil oldu, lacərəm, kəndüsin hədəfisihami- bəla və mənzilinüzuli-ina qıldı, həmişə səbzeyi-sədaqət gülzari-tinətdə barani-bəladan nəşvü nüma bulur və çiraği-məhəbbət xəlvəti-xilqətdə atəşi-möhnətdən rövşən olur ki, "Əl-bəla’u li-l vəla’i k’əlləhəbi li’z-zəhəbi". Şe’r:
Möhnətəfzayi-məhəbbətdür bəlaKim, bəla atəş, məhəbbətdür təla.
Bu məfhumə mütabiq və bu məzmunə müvafiq ol ki, Həzrətirisalət buyurmuş ki, "İnnə’llahə izə əhəbbə qovmən əbtəlahum" yə’ni hər tayifə kim, məhəbbətiMə’budə ixtisas bula, müqərrərdir kim, möhnətə əsir və bəlaya giriftar ola.Əmma məratibi-vəla mühaziyi-dərəcati-bəladır və mə’arici-bəla müvafiqitəbəqati-vəla. Bu nüktəyə müş’ir və bu mə’niyə müxbirdir ol ki, Həzrətirisalətdən sual olduqda ki, "Əyyu’n-nəsi əşəddu bəlaən", yə’ni nə güruh ola növ’i-insandan ki, şiddəti-bəla ilə mə’ruf və kəsrəti-ina ilə mövsuf?
Buyurdular ki, əl-Ənbiyau, yə’ni sərapərdeyi-nübüvvət məhrəmləri və təşrifirisalət möhtərəmləri. Zira məratibi-möhnətləri dərəcatiməhbbətlərindəməqrundur və rif’əti-mənzilətləri şiddətimüsabətlərində məzmun. Və sual olunduqda: "Və min bə’dihum?" Buyurdular ki, "Summəl-əmsəlu", yə’ni təriqi-müsabirətdə anlara şəbih olanlar və caddeyi-mütabiətdə anlara iqtida qılanlar. Və bu nüktə övliyaullahə işarətdür ki, ayinədari-həqayiqi-ənbiya olub, aləmi-surətdə əhkami-nübüvvət icra edüb mərasimi-şəriət ehya edərlər. Və sual olunduqda ki, "Və min bə’dihim"? Buyurdular ki, "Sümmə Fi’l əmsəlü", yə’ni yə’ni şimeyi-təqva və şiveyi-səlahdə övliyayə şəbih olanlar və anlara mütabiət qılanlar. Və bu məzmun ətqiyayi-ənam və süləhayi-firqeyi-İslamdan ibarətdür ki, səvalihiə’mal ilə sayir xəlqdən imtiyaz bulmuşlar və məhasini-əf’al ilə əqranü əmsalə faiq olmuşlar. Şe’r:
Nə müxlis ki, dərgahi-mə’budə əqrəb,Hümumi əşəddü bəliyyati əs’əb.Əcəb bir qədər qürb kim olsa vaqe’,Olur afəti-ruzigarə müqərrəb.
Filvaqe’, aləmi-fənadə mö’mini-mütəəllim və münkirimütənə’im olmaq məhzi-məsləhət və eyni-hikmətdir, ta mülkibəqadə idraki-fövti-ne’mət münkirə mövcibi-təzayüdi-ələm vaqe’ ola və ehsasi-ədəmi-ələm mö’minə baisi-təzaüfi-ni’əm olub sürurin ziyadə qıla. Şe’r:
Bilməsə kafər nədir ne’mət, nə bilsün ruzi-həşrKim, nə lütfün məzhəridir mö’mini-pake’tiqad.Qılmasa mö’min ələm idrakın, olmaz müttəle’Kim, nə tə’zib ilədir duzəxdə ərbabi-fəsad.
Hər ayinə mizani-bəla müməyyizi-məratibi-vəla olmağın mə’lum oldu və sübut buldu ki, növ’i-insandan bargahi-mə’budə əqrəb firqeyi-ənbiya və zümreyi-övliyadür. Zira şərayiti-tə’zimi-adabiibadət və mərasimi-icrayi-şəriət və irşadi-ümmət anlara bir əmrdir cəmi’i-bəliyyətə şamil və bir hökmdür cümleyiləzzatə hail. Və bu dəxi müqərrəri-cümleyi-üqəla və məqbui cəmi’i-füzəladır ki, əfzəliənbiya Həzrəti Mustəfadır səlləallahu əleyhi və səlləm. Ziracəmi’iənbiyanun ümməti ana mövdu’dur və islahi-cəmi’i-təvaifi-müxtəlifə və üməmi-mütənəvviə ana mərcu’dur. Lacərəm məcmu’i-ənbiyadən rütbəsi əfzəl vəbəliyyati ətəmmü əkməldür. Və ol Həzrət bu mə’nayə mütabiq və bu məzmunə müvafiq buyurmuş ki, "Və ma’uziyə nəbiyyun mislə ma’uzitu". Və dəlili-sadiq bu də’vayə oldur ki, təvarixi-sələfdə məstur və əlsineyi-xəvassü əvamdə məşhur olan ənbiya bəlalarının heç biri mü’adil olmaz və imkani-münasibət bulmaz Həzrəti-Rəsulullahın sənadili-Qureyşdən çəkdigi cəfalərə və süfəhayi-ümmətdən gördügi bəlalara. Ol cümlədəndir vaqieyi-dəştiKərbəla və hadiseyi-qətli-Hüseyn bin Əliyyi-Murtəza ki, qüdveyixanədani-risalət və zübdeyi-dudmani nübüvvətdür. Bi təkəllüf, ana mütə-vəcceh olan müsibət Həzrəti-Rəsulə nisbət kəmali-ihanət və nihayəti-həqarətdir.
Həzrəti-İmam Yafei "Kitabi-Mir’atül-Cinan"də Həsən Bəsri nəqli ilə İbn əl-Bəzzazdən rəvayət etmiş ki, "Vaqieyi-Kərbəlada Əhli-Beytdən on altı nəfər sahibsəadət şərbəti-şəhadət içmişlər ki, zəmanində hər biri biməadil və əsrində hər biri biməmasil idi". Və "Məsabihül-qülub"da məzkurdur ki, Kə’ibul-Əxbar bir gün əxbarisələf nəql edərkən dedi: "Ey qövm, məsaibi-cəmi’i-əzmənəyə vaqif oldum və nəvayibi-məcmu’i-təvaifə ittila’ buldum. VaqieyiKərbəladan əs’əb hadisə mütaliə qılmadım və andan ə’zəm müsibətə müttəle olmadım. Həqqa ki, Həzrəti-Hüseyni-məzlum şəhid olduqda, yeddi əflak qan ağladı". Dedilər: "Ya, Əba Ishaq, hərgiz əflak qan ağlarmı?" Dedi: "Vəylukum innə qətləl-Hüseyni əmrun əzimun", yə’ni ey bidərdlər, qətliHüseyn əmri-əzimdür. Zira ol Həzrət məqbuli-Rəbbülaləmin və cigərguşeyi-Seyyidül-mürsəlin və fərzəndi-Seyyidi-Övliya və nuri-dediyi-Fatimeyi-Zəhra və yadigari-Həsəni-Muctəba və güzideyi-Ali-Əbadür. Qəsəm ol Vacibül-vücudə ki, Kə’bin ruhi onun qəbzeyi-qüdrətindədür, nəqli-səhihlə təhqiq etmişəm ki, Hüseyni-məzlumun ləqəbin məlaikeyi-asiman Əba Əbdullah əl-məqtul və məlaikeyi-ərz Əba-Əbdullah əl-Məzbuh və məlaikeyi-dərya Hüseyni-şəhid deyüb, ol şəhid olduğu gündən qiyamətədək məlaikeyi-səmavidən bir güruh rövzeyi-mübarəkinə mücavir olub əzasinə məşğuldurlar və hər şəbi-cüm’ə yetmiş bin mələk ziyarətinə gəlüb sübhədək əzasinə iştiğal edüb, sübh olduqda hədiyyeyi-səvablə səvame’i-ibadətlərinə müraciət qılurlar. Beyt:
Hökmdür kim, cəmi’i-xəlqi-cəhan,Mələkü insü cinnü vəhşü tüyur,Əqlü nəfsü ənasirü əflak,Ülvivü süflivü ünasü zükurDutalar matəmi-Hüseyni-şəhid,Edələr ahü nalə ta dəmi-Sur.Bu müsibətdən olmayan agəh,Ola Əhməd şəfaətindən dur.Ruzi-Həşr olmaya nəsibi anunNəzəri-lütfi-Kirdigari-Qəfur.
Bu dəxi cümleyi-əxbari-səhihədəndür ki, "Mən bəka ələl-Hüseyni əv təbaka vəcəbət ləhul-cənnət", yə’ni hər kim, Hüseyn üçün ağlaya ya bir kimsənəyi ağlada, vacib ola ana düxuli-cənnət.
Şeyx Carullahi Əllamədən nəqldür ki, "Mən təşəbbühə bi-qovmin fəhuvə minhum" müqtəzasincə əgər təqliddə dəxi giryan olub bə’zi kimsənəyi-giryan etsə, ol cümləyə daxildür və ona dəxi ol səvab hasildür. İmam Rzayi-Buxaridənrəvayətdir ki, "Xaki-Kərbəla bir tinəti-pakdür kim, anda töxmi-şəhadət tökülmüş və nihali-müsibət dikilmişdür; əgər cuybari-dideyi-nəmnakdən onları sirab etsələr, "Əd-dünya məzrə’ətulaxirəti" müqtəzasincə rövzeyi-rizvandə ol toxmun nəticəsi əsmari-asari-ləzzətinə’imi-müəbbəd olub intifayineyrani-qəhri-İlahi qıla. Şe’r:
Xaki-paki-Kərbəladür ol mübarək büq’ə kim,Anda təhsili-mətalib eyləmək asan olur.Əşk tökmək, ah çəkmək zaye’ olmaz ruzi-Həşr,Kambəxşi-çeşmi-pürxunü dili-suzan olur.Əşki-alın qətrəsi gülbərgi-gülzari-behişt,Dudi-ahın məddi nəxli-rövzeyi-rizvan olur.
Əlminnətu lillah kim, firqeyi-əhli-İslamə və zümreyi-əshabiimanə bu səadət müyəssər və bu adət müqərrər olubdur ki, hər mahiməhərrəm təcdidi-mərasimimatəm edüb, ətrafü cəvanibdən mütəvəccihi-dəşti-Kərbəla olurlar və ol türbətişərifdən büq’ə-büq’ə məcalis və məhafil qurub təkrari-vəqaye’i-Kərbəla ilə şühəda dağimüsibətin tazə qılurlar. Şe’r:
Məhərrəmdür bəhari-gülşəni-qəm,Nəsimi-dilkəşi ahi-dəmadəm.Ol eylər səbzeyi-müjganı nəmnak,Könüllər qönçəsinə ol salur çak.
Əmma, cəmi’i-müddətdə, məcalis və məhafildə təqrir olunan vəqaye’iKərbəla və keyfiyyəti-əhvali-şühəda farsi və ta-zi ibarətində bəyan olmağın əşrafi-ərəb və əkabiri-əcəm təməttö’ bulub, ə’izzeyi-ətrak ki, cüzvi-ə’zəmitərkibi-aləm və sinfi-əkbərinöv’i- bəni-Adəmdür, sətri-zayidi-səhayifi-kütub kibi süfufi-məcalisdən xaric qalub istifayi-idraki-həqayiqi-əhvaldən məhrum qalurlardı. Bu səbəbdən iqtizayi-ümumi-matəmi-Al zəbani-hal ilə bən xaksarə təərrüz etdi və dəsti-təərrüzlə giribanım dutdu ki, "Ey pərvərdeyi-xani-ne’mətifeyzi-Şahi-Kərbəla, Füzuliyi-mübtəla, nola, gər bir tərzi-mücəddədə müxtəre’ olsan və himmət dutub bir məqtəlitürki inşa qılsan ki, füsəhayi-türkizəban istimaindən təməttö’ bulalar və idrakı-məzmunində ərəbdən və əcəmdən müstəğni olalar". Şe’r:
Təkrari-zikri-vaqi’eyi-dəşti-Kərbəla,Məqbuli-xassü amü siğarü kibardür.Təqrir edənlərə səbəbi-izzü ehtişam,Təhrir edənlərə şərəfi-ruzigardür.
Bən ki, bu nəsihəti isğa qıldum və bu xidmətin məhzi-səadət olduğun mühəqqəq bildüm, ədəmi-istita’ət və qilləti-bəza’ətdən ihtirazü ictinab etməyüb əncaminə təvəccöh qıldum. Əgərçi ibarətitürkidə bəyani-vəqaye düşvardür, zira əksəri-əlfazı rəkik və ibarəti nahəmvardür, ümid ki, himməti-övliya itmaminəmüsaid ola və əncaminə müavinət qıla. Şe’r:
Ey feyzrəsani-ərəbü türkü əcəm,Qıldun ərəbi əfsəhi-əhli-aləm,Etdün füsəhayi-əcəmi İsadəm,Bən türkzəbandan iltifat eyləmə kəm.
İlahi! Vaqifi-keyfiyyəti-hal və alimi-dəqayiqi-əf’ ali-aləmsən, bilürsən ki, səndən qeyr mü’in və müzahirim yoxdur və ətrafü cəvanibdə hasid və müanidimçoxdur. Əmimi-məkarimindən və kəmali-mərahimindən təvəqqö’ budur ki, bu binayi-mücəddəd tə’mirində və bu mülki-müəbbəd təsxirində əlfaz və mə’anidəncəmi’iməsalihim mühəyya qılasan və əshabi-həsəd və ərbabi-inad hücum etdikcə bana mü’in və müsa’id olasan: "Innəkə əla küllü şey’in qədir".
Hala əlsineyi-ərəbdə məzkur olan Məqtəli-Əbu Mihnəf və Məsrə’i-Tavusidür ki, Seyyid Rəziyəddin Əbülqasim Əli bin Musa bin Cə’fər bin Məhəmməd ət-Tavusi kəmali-təhqiq və tədqiq ilə əsnadi-mö’təbərdən nəql edüb itmaminə ehtİmam etmiş. Və əfvahiəcəmdə məşhur olan kitabi-"Rövzət üş-şühəda"dür ki, Həzrəti əfsəhül-mütəkəllimin Mövlana Hüseyn Va’iz tətəbbö’i-təvarix və təfasir edüb diqqətlə yazmağın rəvayətləri dərəceyi-səhhətə yetmiş və mən xaksarə niyyət oldur ki, əsli-tə’lifdə "Rövzət üş-şühəda"yə iqtida qılub sayir kütubdə olan nükati-qəribələri mümkün olduqca ana əlavə qılam və "Hədiqət-üs-süə’da"ilə mövsum edüb on bab və bir xatimədə surəti-tə’lifinə itmam verəm, inşəəllahu Rəhman və bitövfiqihi.
Babi-əvvəl: Ənbiya əhvalın bəyan edər.İkinci bab. Həzrəti-Rəsulun Qüreyşdən çəkdügi cəfaləri bəyan edər.Üçüncü bab: Həzrəti-Seyyidülmürsəlin vəfatın bəyan edər.Dördüncü bab: Fatiməyi-Zəhra vəfatın bəyan edər.Beşinci: Həzrəti-Murtəza Əli vəfatın bəyan edər.Altıncı: İmam Həsən əhvalın bəyan edər.Yeddinci: Həzrəti-İmam Hüseynin Mədinədən Məkkəyə gəldügün bəyanedər.Səkkizinci bab: Müslim Əqilin vəfatın bəyan edər.Doqquzuncu bab: Həzrəti-İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigünbəyan edər.Onuncu bab: İmam Hüseynin şəhid olduğun bəyan edər.Xatimə: Müxəddərati-Əhli-Beytin Kərbəladan Şamə getdigün bəyan edər.
Şe’r:
Ya Rəb, müsafiri-rəhi-səhrayi-möhnətəm,Tövfiq edüb rəfiq bana sidq rəhbər et.Sərmənzili-muradə yetür, sərbülənd qıl,Məhrum qoyma, cümlə muradım müyəssər et.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-hediqetus-sueda-dibace
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözün də indi işi qəlbi-dağidarə düşüb.
Ləbi-ləlindən uzaq istəmərəm abi-həyatOldu ağ günlərimiz şami-qəmindən zülmat.
İki hörük arasında üzün qiyamət edərİki gecə arasında günəş iqamət edər.
Sel kimi göz yaşım etdi qəlbimi viran, aman!Söndü cismimdə bu seldən atəşi-suzan, aman!