Çərx hər ay başına salmış qaşından bir xəyal,Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.

Mahi-növ olmuş qaşın sevdasının sərgəştəsi,Şəhrdən şəhrə gəzər avarələr tək mahü sal.

Etdigiçün hüsnünə qarşu kəmal izharı günBir gün olmaz kim, ona gərdun yetirməz bir zəval.

Sübh qıldın cilvə, gün çəkdi özün bu guşəyə,Şam ərz etdin, rüxün şəm’i əritdi infial.

Qılma gözdən çöhrəvü xalın nihan kim, qılmayaDudi-ahim afitabi çöhreyi-gərdunə xal.

Olmuyub məqbuli-xaki-dərgəhin mahi-təmam,Zə’fi-tale’ verdi gün-gündən ona təğyiri-hal.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, mah nisbət məhv qıl varın təmam,Gər dilərsən bulmaq ol xurşid birlə ittisal.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale