Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Xoş keçər nəzzareyi-hüsnünlə ömrüm, var ümidKim, edib məqbuli-dərgahın məni hüsni-məaş.
Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd,Nola gər qəddim büküb hərdəm, ayağm olsa baş.
Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyacKim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş.
Ey hübabi-əşk, nayab et təni-üryanımıKim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş.
Parə-parə könlümün suzi-dərunə tabı yox,Göz yolundan qətrə-qətrə qan olub, çıxsaydı kaş.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin,Görəyim qüllabi-müjganə urulsun qanlı yaş.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-cismimi-yandirma-rehm-et-yasime-ey-bagri-das
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz,Cigər pərkaləsində daği-pünhan olduğun bilməz.
Neçə illərdir səri-kuyi-məlamət bəklərizNeçə illərdir səri-kuyi-məlamət bəkləriz,Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.
Təşneyi-cami-vüsalın abi-heyvan istəməzTəşneyi-cami-vüsalın abi-heyvan istəməz,Mayili-muri-xətin mülki-Süleyman istəməz.
Xəlqə ağzın sirrini hər dəm qılır izhar sözXəlqə ağzın sirrini hər dəm qılır izhar söz,Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.