Təşneyi-cami-vüsalın abi-heyvan istəməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Təşneyi-cami-vüsalın abi-heyvan istəməz,Mayili-muri-xətin mülki-Süleyman istəməz.
Zülməti-zülfün giriftari dəm urmaz nurdən,Talibi-şəm’i-rüxün xurşidi-rəxşan istəməz.
Eyləməz meyli behişt üftadeyi-xaki-dərin,Sakini-künci-qəmin seyri-gülüstan istəməz.
Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfdür,Dust əsbabi-kəmali-hüsnə nöqsan istəməz.
Eşqdən vəhm etməsin aşiq, yıxar könlüm deyib,Hiç sultanəm deyən mülkünü viran istəməz.
Aşiq isən rindü rüsvalıqdan ikrah etmə kim,Eşq sirrin iqtizayi-dövr pünhan istəməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, müttəsil, dövran müxalifdir mana,Qaliba, ərbabi-iste’dadı dövran istəməz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-tesneyi-cami-vusalin-abi-heyvan-istemez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas,Düri-şəfa’ət üçün bəhri-rəhmətə qəvvas.
SaqinaməSaqi , mədəd et ki , dərdməndəm !Ğəm silsiləsinə payibəndəm .
RübailərEy nəş'əti-hüsni-eşqə tə'sir qılan!Eşqifə binayi-kövni tə'mir qılan!
Bu, həzrəti-izzətdən həmd ilə istimdadi-mətalibdir və asari-şükr ilə istid'ayi-sətri-laibdirƏlhəmdü livahibil-məkarim,Vəş-şükrü lisahibil-mərahim.
Başqa şairlərin şeirləri · Eşq
Eşqə könül verməyən cananı qıymaz bana,Bəlləgini tərk edüp, qal ilə gəlməz bana.
وقت آن شد کز دلم صبح سعادت سر زنددولت دیدار یارم حلقهای بر در زند
Salubdı indi nəzərdən, gedüb, o yar məniSalubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır