Neçə illərdir səri-kuyi-məlamət bəkləriz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Neçə illərdir səri-kuyi-məlamət bəkləriz,
Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.
Sakini-xaki-dəri-meyxanəyiz şamü səhər,
İrtifa’i-qədr üçün babi-səadət bəkləriz.
Cifeyi-dünya degil kərkəs kimi mətlubumuz,
Bir bölük ənqaləriz, Qafi-qənaət bəkləriz.
Xab görməz çeşmimiz əndişeyi-əğyardən,
Pasibanuz, gənci-əsrari-məhəbbət bəkləriz.
Surəti-divar edibdir heyrəti-eşqin bizi,
Qeyr seyri-bağ edər, biz künci-möhnət bəkləriz.
Karivani-rahi-təcridiz, xətər xövfin çəkib,
Gah Məcnun, gah mən dövr içrə növbət bəkləriz.
Sanmanız kim, gecələr bihudədir fəryadımız,
Mülki-eşq içrə həsari-istiqamət bəkləriz.
Yatdılar Fərhadü Məcnun məsti-cami-eşq olub,
Ey Füzuli, biz olar yatdıqca söhbət bəkləriz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-nece-illerdir-seri-kuyi-melamet-bekleriz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,Göstərmə ol təriqi ki, getməz sana, mana.
Ey mələksima ki, səndən özgə heyrandır sanaEy mələksima ki, səndən özgə heyrandır sana,Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Aşiyani-mürği-dil zülfi-pərişanındırAşiyani-mürği-dil zülfi-pərişanındadır,Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Başqa şairlərin şeirləri · Eşq
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.