Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz,Cigər pərkaləsində daği-pünhan olduğun bilməz.
Həbibim könlümü cəm’ eyləməz rüxsarı dövründə,Məgər zülfü kimi halim pərişan olduğun bilməz?
Qılır təqsir edib bir lütf hərdəm könlüm almaqdan,Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz.
Gözəllər dövləti-vəslin bulub, məğrur olan aşiqNişati-vəsldə ənduhi-hicran olduğun bilməz.
Dili-sədparədən bidad kəsməz qəmzeyi-məstin,Nə qafil padişəhdir, mülk viran olduğun bilməz.
Sanır zahid özün xali xəyalından, qələtdir bu,Bu heyran olduğundandır ki, heyran olduğun bilməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli xəstəyə düşmən sözilə dust cövr eylər,Zəhi sadə, müariz qövlə böhtan olduğun bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-fegan-kim-bagrimin-ol-lalerux-qan-oldugun-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz başqa gözəldən dəxi qəti-nəzər etdik.
Bahar əyyamıdır, gəlməz, nədəndir, şurə bülbüllərMəgər düşmüş lətafətdən könüllər şad edən güllər?
Ol gün ki, görməyir gözümüz öz həbibiniŞövq ilə istəyir ki, görə öz rəqibini.
Şərh etsəm eşqini, tutar heyrət zəbanımıIzhar edim necə sənə sirri-nəhanımı?