ای ذکر ذوق بخش تو زیب زبان مابی ذکر تو مباد زبان در دهان ما

Zikrinlə zinət aldı həmişə zəbanımız,Zikrin gər olmasa, ola dilsiz dəhanımız.

از سکه سعادت توفیق فیض تسترایج بهر معامله نقد روان ما

Ol sikkeyi-səadətinin feyzidir sənin,Tapmış rəvac bir belə nəqdi-rəvanımız.

آید ز ما همیشه خطا از تو مغفرتآنست مقتضای تو اینست شان ما

Bizdən xətalar olsa da, səndən əta qılan,Olmaz sənin məqaminə layiq bu şanımız.

بر حال ما ز غیر تو لطفی نمی رسدغیر تو نیست واقف راز نهان ما

Sənsən bizim bu halımıza lütflər qılan,Əlbəttə, bəllidir sənə razi-nəhanımız.

در راهت از بلا نهراسیم زانکه هستسنگ بلای تو محک امتحان ما

Uğrunda qorxmuruq nə bəla gəlsə, çün səninOlmuş bəla daşın məhəki-imtəhanımız.

تا چند تن دهیم بزجر هوای نفسرحمی که گشت طعمه سگ استخوان ما

Nəfsin bəlasına nə qədər razılıq verək,Rəhm et ki, oldu tömeyi-səg üstüxanımız.

Məqtə — şairin təxəllüsü olan son beyt. نگذاشت درد عشق فضولی ز ما نشاناینست در ره طلب او نشان ما

Məqtə — şairin təxəllüsü olan son beyt. Bizdən, Füzuli, eşq odu qoymadı bir əsər,Canan yolunda bircə bu olmuş nişanımız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq