Ey xədəngi-qəminə sineyi-əhbab hədəf
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey xədəngi-qəminə sineyi-əhbab hədəf,Müntəzir xəncəri-müjganinə canlar səf-səf.
Xaki-dərgahinə hər sübh sürər gün üzünü,Qaliba ondan ona hasil olubdur bu şərəf.
Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinəSəbəbi-qeyd ola, zənciri-süturi-müshəf.
Saldı dəryayə səba xəncəri-qəmzən vəhminKi, çıxarmayə dəxi gövhəri-nasüftə sədəf.
Ey könül, aləmə aldanma, sənə rəng verir,Xakdir kim, onu gəh lə’l qılır, gah xəzəf.
Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə,Cəhl ilə hasili-övqati-şərif etmə tələf.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-ey-xedengi-qemine-sineyi-ehbab-hedef
← → düymələri ilə keçid, R — təsadüfi şeir