Artırma dərdi-sərimi,Qocalıqda mənim, Nigar.Cavanlığım uçub əldən,Keçib ayım, günüm, Nigar.

Əsanı alıb əlimə,Qurşaq bağladım belimə.Əlacım qalıb dilimə,Gəl başına dönüm, Nigar.

Məmmədhüseyni çaldı yenə,Turunc narlı, mərmər sinə.Düşər olsa salma ünə,O qoynuna yönüm, Nigar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri