Olsun
"Çəkildi" deməkdə sözün qələtdi,Kalamın özünə aşikar olsun.İnşallah, heç yerdə qalmaz avara,Bir qula ki, Şahi-Mərdan yar olsun.
Xoş xətt ilə xub yazıbsan yazını,Haqq desən, eylərəm qəbul sözünü.Bəd danışsan, ağladaram gözünü,Sübhü şəm, dəmbədəm əşki-bar olsun.
Axund gərək əyri yola getməsin,Haqqın kalamına yalan qatmasın,Heyvana dolaşıb, övrət tutmasın,Alimdə də gərək etibar olsun.
Mövladan dərs alan heç düşməz ləngə,Pünhan tutma məni topa, tüfəngə.Mənlə bəhs eyləyən gəlməsə cəngə,"Şairəm" deməyi ona ar olsun.
Bir qaynata ədəbini bilməsə,Haqqı tanımasa, namaz qılmasa,Ruhan məclisində adam olmasa,El yanında gərək şərmsar olsun.
Dərs almışam o Əliyyül-əladan,Xof etmərəm Xeybər kimi qaladan.Bizə qismət olub qalu bəladan,Deyək, gülək, aləm murğuzar olsun.
Sidqini bağlayan Şahi-Heydara,İnşallah, heç yerdə qalmaz avara.Hər kəs bel bağlasa qəni Səttara,Hər elmdən gərək xəbərdar olsun.
Şirin ləhcə, xub yazıbsan kalamı,İnsaf məqamında "bəyənər" hamı.Nizami, Füzuli, Firdovsi, Camı…Nə həddi var, sana barabar olsun.
Ələsgərəm, ismim deyim aşikar,Qədir bilən dosta başü can nisar.Təvəlla, təbərra şəriətdə var,İstəyən şad olsun, düşman kor olsun".
Kitabxana.az · https://kitabxana.az/works/elesger-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Tala-tala ağ buludlar,Karvan bağla, Löyə yeri.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
خواهی شکفته نوش کنی جام اختلاطخوشخُلق باش ور نه مبر نام اختلاط