Gizlin sirrin, nahaq yerə,Gizlətdin xandan, gəda!Ah çəkər, nalə eylərsən,Can gedər candan, gəda!Etiqadla, sidq-dilləÇağır şahlar şahını;Nahaq işdi, dilək dilərİnsan insandan, gəda!

Al çətirin, çıx səhraya,Sal sərinə saya, gəz;Qədər sənlə gəzəcəkdi,Istər gir dəryaya gəz.Sakin əyləş sin içində,Həqiqətdən ayə gəz;Ağ eylə sinən aynasınŞəri-şeytandan, gəda!

Ələsgərlə danışanda,Al əlinə saz, danış.Inci, səni istəyənləEylə ərki-naz, danış.Əyləşəndə, ağır əyləş,Danışanda, az danış;Eşidənlər “əhsən!” desinSana hər yandan, gəda!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri