Tovuz kimi qalxdın çeşmə başından,Cəmi gözəllərin gözəli Güllü!Almadı yanağın, büllur buxağın,Dodaqların meyli, məzəli, Güllü!

Qıya baxdın, məni saldın zillətə,Yusif kimi necə düşdüm qürbətə.Hicran qəmi məni salıb möhnətə,Səni gördüm, dərdim azalı, Güllü!

Ələsgər qurbandı, ay boyu minə,İncidən, mərcandan düzüb köysünə.Tərsa üzün görsə, tez gələr dinə,Alim görsə, gedər saz alı, Güllü!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran