Ol Xudadan MustafayaEndi aya dalbadal.Ay ilə Gün gərdiş eylərBu dünyaya dalbadal.Eşq havası, el töhməti,Padişahın sitəmiBir sərimi gündə salırMin bəlaya dalbadal.

Sirlər haqqın yanında,Kim kimin dərdin bilir;Bəy yoxsulla bəhsə düşüb,Həcv edir, tənə qılır.Məhəmmədin ümmətinəAyda üç yol xərc gəlir;Ey Xudaya, kim tab etsinBu cəfaya dalbadal?!

Ələsgərəm, öz dərdimdənDüşməmişəm bu bəhsə;Yoxsulların günün gördüm,Ah çəkib, batdım yasa.Ərizələr atqaz qayıtsa,Şahdan imdad olmasa,Fanidən köçmək lazımdıOl üqbaya dalbadal.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq