Xırdaca qız
Naz ilə gəldin otağa,Leylinişan Xırdaca qız!Tovuz kimi cilvələnib,Artırdın şan, Xırdaca qız!Camalına mail olubHuri, qılman, Xırdaca qız!Səni görən cavanlardaQalmaz iman, Xırdaca qız!
Gözəlliyin binadandı,Tanıram əsli-soyunu;Səd afərin naqqaşına,Şüşədən çəkib boyunu.Allah bir vəsilə salsın,Hacı Alı tutsun toyunu;Kəsilsin xaki-payındaNeçə qurban, Xırdaca qız!
Ələsgərəm, tərifiniDüzürəm dastana, gözəl!Eşitsin, fəxr eləsinSəni doğan ana, gözəl!Şükür haqqa, Xudam yazıbTərlanı tərlana, gözəl!Mehdi kimi ölkəmizdəYoxdu oğlan, Xırdaca qız!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-xirdaca-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
O sən idinMən bir gözəllik heykəli, dilbər, afət bir pəri,Xəyalımda təsvir edər, durardım çoxdan bəri
"Vankə"Allaha yalvardım: “Ağ daş, qara daş,Yalqızlıq çətindir, bana bir qardaş!”