Camalın şöləsi nuri-təcəlla,Çırağban eyləyib mahalı, Xurşid!Açıldı niqabın ay qabağından,Aldı başdan ağlı, kamalı, Xurşid!

Sərv kimi isığal verib anası,Guşunda güşvara, qızıl tanası.Bağçalar bülbülü, göllər sonası,Dağların ceyranı, maralı Xurşid.

Sağdışı Mələkdi, var toy-büsatı,Anası Nazənin, Həmzədi zatı.Ələsgərəm, bu cür qızın qiymatıMin tümən başlıqdı, bahalı Xurşid.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar