Dolanır
Axşam-sabah, çeşmə, sənin başınaBilirsənmi, necə canlar dolanır!?Büllur buxaq, lalə yanaq, ay qabaq,Şahmar zülfü pərişanlar dolanır.
Afərin xudanın haqqı-sayına!..Camalları bənzər bayram ayına,Belə gözəllərin xaki-payınaMənim kimi çox qurbanlar dolanır.
Gördüm gözəlliyin bizə bildirir,Qaş oynadır, xəstə könlüm güldürür,İşvəyü nazıyla adam öldürür,Qəmzəsində nahaq qanlar dolanır.
Məni qoca gördü, ürbəndin açdı,Ala gözlərinə gözüm sataşdı,Huş başımdan getdi, xəyalım çaşdı,Mürği-ruhum asimanlar dolanır.
Adım Ələsgərdir, Göyçə - mahalım,Dolanım başına, mən dərdin alım,Hüsnün şöləsinə xəstə xəyalımPərvanədi, şəmistanlar dolanır.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-dolanir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
İşıqlar hər yerdə çoxdan keçibdirİşıqlar hər yerdə çoxdan keçibdir,Bir sənin işığın sönməmiş, şair!