İşıqlar hər yerdə çoxdan keçibdir,Bir sənin işığın sönməmiş, şair!Çovğunlar rəqsində itmiş bir adamSənin yandırdığın işığa gəlir.Bilmir ki, ulduzsan,ya bir xəyalsan.Amandır,amandır,yan- deyir sənə.Sənin misraların yoludur onun.Bu yoldan çıxmadan gəlir evinə.Misran qırılmasın!Könlün sönməsin!Axı, pənahısan azmış bir kəsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri