Nə üçünsə yadıma
Nə üçünsə yadımaBir bulaq düşdü bu dəm.Mən bir bulaq görmüşəm.Əslində görməmişəm,Çox baxdım dibindəkiƏlvan daşa, yosuna.Dostum dedi: - Nə batdınyenə şeir yasına?İç... yu da əl-üzünü...Gözəl sudur bu su, yu.Donub qalmışdım ancaq.Elə şəffafdır bulaq,Görünməyirdi suyu.Hər dürlü, hər qanadlıQəlbi yarıtmalıyıq.Bu saf suya bənzəyənHava yaratmalıyıq!
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-ne-ucunse-yadima
← → düymələri ilə keçid, R — təsadüfi şeir