Qoymaram
Şeşpərlərə əgər nişan olsa yaxan, qoymaram,Cəng olarsa bu meydanda könül yıxan qoymaram.Yaxşılıqda payım vardır, qismətimdi halallıq,Bica yerə sitəmlərə qəlbi yaxan qoymaram.
Pak olmasa ulu Tanrı verər ağır cəzanı,Qır qazanda qaynadar düz yolundan azanı,Sitəmlərə düçar edər mərdə quyu qazanı,Mərdimazar deyiləni səmtə yaxın qoymaram.
Miskin Abdal göstərməyib heç zaman sərt üzünü,Dərviş olub əridərəm ürəklərin buzunu,Yol gedərəm diyar-diyar neçə illər uzunu,Düz ərkanı əyri gedə ya bəy, ya xan qoymaram.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-abdal-qoymaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gözəl boylu, gözəl xoylu, gözəl yar,Nə gözəlsən, geyinibsən alı sən.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
نالد به حال زار من امشب سه تار مناین مایهٔ تسلی شب های تار من
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,