Çərxi-fələk yarıtmadıDövlətdən, vardan məni;Min bir dərdi-əzab verib,Ayırdı yardan məni;Səkrəqibin fitnə-feli,Çəkdi məni çarxına,Yazıq Həzrət İsa kimi,Asdı divardan məni.

Türk əcəmə, əcəm türkəZülm eyləsə, günahdı;Hər ikisi bir kökdəndi,Yaradan da Allahdı;Öz elinə düşmən kəsinAxır günü kütahdı;Qadir mövlam, uzaq eyləBayquşdan, sardan məni.

“Qırxlar piri” özü veribDərsimi ümman mənim;Çətin girə ürəyimə,Ləini-şeytan mənim;Seyyid Miskin Abdal mənəm,Söz mənim, meydan mənim,Qoruyanım, özün qoru,Xain dostlardan məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri