Yeridi
Bir közəl keçdi qarşıdan,Sallandı, yana yeridi.Kirpik çaxdı, oğrun baxdı,Od saldı cana, yeridi.
Ovçu tək bərədə durdu,Qaşlarından kaman qurdu,Müjganın sinəmə vurdu,Qəmzəsi qana yeridi.
Hanı belə huri, qılman?!Eyləmir dərdimə dərman.Çeşmim yaşı olub ümman,Yaşılbaş sona yeridi.
Camalın bənzətdim aya,Əhsən qüdrət verən paya.Endirib salmadı saya,Dost mehribana, yeridi.
Dedim: qız, getmə, amandı,Ələsgər oduna yandı.Dedi: qocadı, pirandı,Mərdü-mərdanə yeridi.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-yeridi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
O ğ u l – Ay dədə, qoy məktəbə gedim,Məktəbə, orda elm oxum.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
AldanmaSevdiciyim, məndən sənə əmanət,Hər yetənə, yalançıya aldanma.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,