Müxənnət zamana, ay kəcirəftar,Sitəmdən necə canlar itibdi?!Zülümünü nümayan eylədin aşkar,Qurğular pozulub, sanlar itibdi.

Şər işdən nə tapdın, söyləsən, qanam,Necoldu büsatım, dəmim, dəmxanam?!Tülkü havalanıb, deyir aslanam,Tüf dağıdan ac aslanlar itibdi.

Müxənnət meydanda “mənəm” deyibdi,Bu dərd Ələsgərin qəddin əyibdi.Yapalaqlar kəklik alıb yeyibdi,Laçın ölüb, o tərlanlar itibdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri