Kamil ovçu ölməyincə usanmaz
Kamil ovçu ölməyincə usanmaz,Əldən qoymaz belə sərxoş maralı.Eşq oduna düşən aşkara yanmaz,Pünhan-pünhan mənim kimi saralı.
Öldürsələr, qorxum yoxdu qanımdan,Yolunda durmuşam başu canımnan.Tərk oldum vətəndən, xanimanımdan,İnsaf deyil, gəzmə məndən aralı.
Aşıq Ələsgərəm, söylənir adım,Budu ürəyimdə mətləb-muradım:Sənin ərin ölsün, mənim arvadım,İkimiz də qalaq yaslı, yaralı.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-kamil-ovcu-olmeyince-usanmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
DalğalarBir dalğanın ayrılıqda adı yox,Birləşdikcə dalğalardır adları.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.