İstər dara çəkdir, istər qul eylə,Qoymuşam əmrinə qol, incimərəm.Həsrətindən Məcnun oldum səhrada,Alırsan canımı al, incimərəm.

Firqətindən saralıban solanam,İzin versən, yar, başına dolanam,Əlli yol çapılam, yüz yol talanam,Bir şey deyil dövlət-mal incimərəm.

Ələsgərəm, yandım eşq ataşında,Gözüm qaldı kirpiyində, qaşında.Qazdır məzarımı çeşmə başında,Sal sinəm üstündən yol, incimərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq