Bayatı-tapmacalar
Aşiqəm mən bir ata,Bir oğula, bir ata.Səksən qatır, yüz dəvəYüklənibdir bir ata.
Mən aşiqəm bir yerdə,Bir göydədir, bir yerdə.Haq yaratdı, görmədi,Mən görmüşəm bir yerdə.
Xuda çatmaz dada, Cümə,Yetməzsən murada, Cümə.Sirr vermə gəl yada, Cümə,Cəfan gedər bada, Cümə.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-bayati-tapmacalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir