Yandırır
Arif olan insafından keçməsin,Mən fağırı qəm ataşı yandırır.Heç kimsəni eşq oduna düşməsin,Ahəni əridir, daşı yandırır.
Hər kim görmək istər yarı pünhandan,Daim çəkər ahü zarı pünhandan.Atəşi ürəkdən, narı pünhandan,Kirpiyi oxlayır, qaşı yandırır.
Vaxtın keçdi, xəddin çaldı, Ələsgər!Sərf edirsən nə kamaldı, Ələsgər!Bir sirr gördü, heyran qaldı Ələsgər;Ayaq oddu, yanmır, başı yandırır.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-yandirir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Əlləri qurumuş məşşatə sənin
Əlləri qurumuş məşşatə sənin,Salıb gərdəninə o taq nədi?!
ای دل اینجا کوی جانان است از جان دم مزناز دل و جان جهان در پیش جانان دم مزن
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Dal əyər-əyərDiqqətindən nəzər yetir sərasər,Gələrsə təcnisə, dal əyər-əyər.