Xub yaraşır əndamınaGeyindiyin sarı, gözəl!Yaradan xəlq eləyibSən kimi dildarı gözəl.Yetişib sinən üstəBağçaların barı gözəl.Lütf eylə, mən xəstədənƏsirgəmə narı, gözəl!Tök mətahın xırd elə,Aç indi bazarı, gözəl!

Əl uzaq, qəlbim yaxın,Bələdəm hər bir halına.Görcəyin valeh oldumHəbəşi xəttü xalına.Zənburam, sızıldaramDodaqlarının balına.Yaylaqlar ceyranısan,Əhsən o gül camalına!Köysündə qərar tutubSavalanın qarı gözəl.

Ağlımı sərdən aldı,Baxdım gözün alasına;Canımı qurban elərəmBelə gözəllər xasına.Libas əndama uyur,Əndam uyur libasına.Ələsgər Məcnun olub,Düşüb Leyli sevdasına;Sailəm, bir sayə sal,Üz döndərmə barı, gözəl!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri