Göygöl
Mən bu gün Göygölü durğun gördüm,Göygölün şəklinə vurğun gördüm.Çırpınan bir quşu, quş çağlardı,Yeri çiskin dolu dik dağlardı.
Qızıl əsgər sipərindən çıxaraq,Diri könlümdə qanadlandı maraq.Buraxıb torpağa torpaqlıları,Dırmanıb dağlara, çıxdım yuxarı.İstədim bir yeni dünya bulayım,Azacıq Göygölə mehman olayım.Çıxaraq bir dikə, gördüm sondaDağların kölgələnən qoynundaUyuyor naz ilə Göygöl rahət.Onda var öylə dərin bir riqqətKi, baxanlar ona heyran oluyor,Qəlbi köksündə xuraman oluyor.Dörd tərəfdən onu çamlar bir-birSanki zəncirləyib etmişlər əsir.Sanki dağlar ona olmuş dayə,Qayalar bağrına salmış sayə.O fəqət hər şeyə dinməz baxaraqDuruyor, dağların ardında şafaqÇırtlayıb, incə qızıl saçlarını,Saç deyil, od kimi qırbaclarınıSallayıb köksü dəlik dağlardan.Oxuyor Göygölə kəskin meydan.Rəng verib, rəng alıyor Göygöl də,Buna heyran qalıyor Göygöl də.Günəşin nuru toxunduqca ona,Bir alov hizməsi qonduqca ona,Gözlərindən saçılır almaslar,Silinir qəlbini tutmuş paslar.Daşıyor mavi göyərçin bağrıOnda şimşək kimi od parçaları.Bir tərəfdən onu sarmış qayalar,Qayalar Göygölü burnilə yalar.Göylərin sanki bu Göygöl dibidir.Halqa üstündəki zümrüd kibidir.Çamların dalları yelləndikcə,Yellənib quş kimi dilləndikcə,Sanki bir sevgili qız qəlbindənQopuyor gizli yanıq bir şivən.Bu yanıq şivəni Göygöl duyuyor,Uyuyor naz ilə səssiz, uyuyor.Uyuyor nəşəli bir tazə kimi.Tül vərəqlər onu yelpazə kimiOxşuyorlar, necə bir quş qanadı,Tor kimi üstünü göy yarpaqlarAlmış ətrafdan onun, baxsanıza!Ah, bu şeytan nə səbəbdən bu qadarBənziyor çadralı bir vəhşi qıza?Çarşafı incə dumanlardandır,Baxıyor, sanki adamdan utanır.Bir lətif ruzgar əsərkən yaxudGöygölün ruhu olur pək məsud.Tellənir sinəsinin dalğaları,Baxıyor göylərə altdan yuxarı.Vəcdə gəldikcə ipək yarpaqlarTökülüb dizlərinə səcdə qılar.Onda Göygöl yeniliklər buluyor.Sarı yarpaqlara mədfən oluyor.Göygölüm, başqa səfa var səndə;Bulmuşam özgə cahanlar səndə.Yer yeşil, göy yeşil, ətraf yeşil;Doğduğum bəldə mənim böylə deyil.Mən küləklər şəhərindən gəldimZəhmətin ümdə yerindən gəldim.Öylə bir yer ki, onun gülləri yox,Sayrayan nəşəli bülbülləri yox.Böylə əngin dərələr yox orada,Qocaman məşcərələr yox orada.Orda yox böylə çəmənlərdən əsər.Orda bülluri bulaqlar nə gəzər!Orda lakin yeni insanlar var,Qaynayan qırmızı vulkanlar var.Açıyor orda alovdan güllər,Ötüyor orda çəlik bülbüllər.Meşələr orda buruqlardandır,Çağlayanlar qara qanlardandır.Səndə dağlar, dərələr, düzlər gül...Gecələr gül kimi, gündüzlər gül.Möhtəşəm dağlarının başları qar,Dağ qaçar, sanki dumandan qorxar.Niyə, Göygöl, bu qədər susqunsun?Razı ol çırpınıyorkən qonsunDalğasız sinənə qəlbim azacıq,Kimə sən vermədəsən, söylə, acıqBu gözəlliklə, bu səssizliklə?!Çağlayanlar kimi gəlməzmi diləAzacıq olsa da durğun baxışın,Dalğalar rənginə vurğun baxışın?Mən də əvvəlləri çox küskündüm,Köhnə zəncirləri qırdım, yendim.Mən nəyim indi? Qızıl bir əsgər,Açmışam yerdə günəşdən şəhpər.Qoy dodaqlarda çiçəklənsin adım,Quş deyilsəmsə də vardır qanadım.Ey çocuq ruhu qədər şən Göygöl,Köksü almas kimi rövşən Göygöl!Ətəyindən əyilib öpdüm mən,Kim qaçar sevgilisin öpməkdən?Çənlərin oynağı olmuş başucum,Göyləri sanki qamarlar ovucum.Vuruyor qəlbimi bir körpə sevinc,Sevinərdim dura bilsəydim dinc.Çünki gəlmiş mənə şadlıq sırası,Göygölün çünki şirin xatırasıTitrədir qəlbimi həycanlarla,Der ki, haqqımda şeir az, parlaSən ki bir parça sümüksüz ətsin,Bu gözəllik səni qoy titrətsin.Bir də quşlar, kələbəklər, güllər,Quytu çamlar və üfüqlər yer-yerNazlı qoynunda sənin birləşərək,Veriyor mövqeyə xoş bir ahəng.Sana diqqətlə dalarkən nazarım,Coşdu qəlbimdəki çırpıntılarım.Sarılıb beynimə rəngin saplar,Bir yumaq yapdı ki, çox qiymətdar.Razı ol baxmaq üçün göylərinə,Kim dalar böylə dərindən dərinə?Göy dəniz, sanki buludlar sarqıqQayalardır ki, düzülmüş sıq-sıq.Fərqi yox hər qayanın bir gəmidənKi, üfüqlərdə açarlar yelkən.Sonra atbaşlı buludlar gəliyor,Şahə qalxar kimi həp yüksəliyor.Kişniyorlar toxunub bir-birinə,Nə deyim mən bu göyün mehvərinəKi, bu köhlənləri yığmış başına.Hər bulud sonra çatılmış qaşına,Düşünür, cəzb ediyor ənzari;Baxaraq mən dəxi altdan yuxari,Süzərim bunları heyran-heyran.Bu zaman zehnimi şiddətlə saranDuyğular toplaşaraq bir araya,Başlayarlar şığıyıb gurlamaya.Qəlbimin səsləri səsləndikcə,Səslənib könlüm həvəsləndikcə,Şu buludlar – şu qədəhlər kimi, baq,Şu buludluqlara etdikcə maraq,Istərim yaslanıb alçaqlara mən,Mey sunaydım başı dik dağlara mən.
Dinləyin, ey qoca, yüksək dağlar,Ey bu dağlarda əsən irmaqlar,Ey yaşıl sinəsi əngin dərələr,Içi sirlərlə daşan məşcərələr!Mən baxarkən sizə bilməm uyumaq,Nazənin duyğularım sanki yumaqKimi bir mehvərə səssiz sarılır,Mənə heç şey bu zaman gəlməz ağır.Sənətin, bəlkə həyatın yükünüDaşıyorkən acı küskünlüyünüÜrəyim bir pula satmış kimidir.Bu ticarət mənə ləzzət gətirir.Dediyim sözləri gəl bir də eşit!Sanma vardır mənim ağzımda kilit.Sən gözəlsən, buna bir şübhəmi var?Boş gözəlliklə fəqət aşmaz kar!Doğrudur, mən sənə qaldım heyran,Bildim, insanda olurmuş nöqsan.Mən fəqət bir sinifin şairiyim,Göyə uçmam da, zəmin şairiyim.Bizə iş lazım, əvət, iş lazım,Həp budur məqsədimiz çünki bizim,Bir də nadirsin, onunçun bu qadarSənə məftun oluyor insanlar.Səndə qalmaz bu təbiət, Göygöl!Çəkilərsin işə, əlbət, Göygöl!Biz təbiətlə döyüşməkdə ikən,Buna biganə görünməzsən sən.Suların çaxdıraraq şimşəklər,Dağların bağrına nurlar sərpər.Saracaq dövrəni rahatlıq evi,Çünki əsrin şu bəşər adlı diviSəni pək başqa bir aləm yapacaq,Çayların bəlkə yolundan sapacaq.Işləyib çox çəkəcəklər zəhmət,Edəcəklər bizə onlar xidmət.Dırmaşıb köksünə raylar bir günŞəhrə əlbət olacaqsan üskün.Bir sabah mavi, yaşıl qoynundaIncilər parlayacaq boynunda.O zaman aylara, ulduzlara sənGecələr eyləyəcəksənmi pəsənd?Böylə qalsan əgər, ey Göygöl, inanPək təbii, çıxacaqsan yaddan.Çünki hər zərrə dəyişmək istər,Yaşamaqçın dəyişiklik göstər!
Ey çocuq ruhu şən Göygöl;Köksü almas kimi rövşən Göygöl!Mən də olsaydım əgər bir şairSəni həqqilə edərdim təsvir.Mən ki şair deyilim, bir gəncim,Yanıyor odlu əməllərlə içim.Doğrudur, indi darılmış nəfəsim,Tutmamış ölkəmi həqqilə səsim.Dönərim sellərə, irmaqlara mən,Çarparım kəndimi dik dağlara mənEşidilməzsə əgər avazım,Yoxsa sınmışmı, qırılmışmı sazım?!Taxtadan yox, bu ötən sazcığı mənYapmışam, dinlə, çəlik köksümdən.Ürəyimdən hörərək tellərini,Bəzəyib süsləmişəm hər yerini.Pək qısıqdır səsimin dalğaları,Uça bilməm daha bundan yuxarı.Acizim doğrusu, Göygöl, bax da,Bu gözəl sazcığı mən çalmaqda.Yayı lakin bu sazın ölənə qadarTutacaq köksümün üstündə qərar.Gün gələr mən onu dilləndirərim,Çalarım, varlığı dilləndirərim.Ürəyim nəşəli, ruhum oynaq,Sənə, əlbət, gəlirim bir də qonaq!Seyrə getdikcə yaxından səni mən,Xeyli dəm ayrılaraq kəndimdənGur bulaqlar kimi qaynar, daşarım,Nəşədən özgə bir aləm yaşarım.Olarım mən o zaman bir şairEyləməkçin səni, Göygöl, təsvir!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-goygol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O zaman ki, üfüqlərə bəziniz dalarQəlbən sizi pək sevərim, yolçu buludlar.
Buzlu yollarHər tərəf buz içində, buzdur hər tərəf,Qorxur günəş də orda olmasın tələf,
CoğrafiyaƏhməd, Güllü, Sara, BəbirDərslərini yaxşı bilir.
Çatmaq, ötməkİndi biz cahanla çıxmışıq yarışa,Qoy etsin el-aləm bizləri tamaşa.
Başqa şairlərin şeirləri
Məqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Cünunluq etməyə maildir bəşərCünunluq etməyə maildir bəşər,Birində az olur, birində bətər.
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,