Danışma
Bir adamsan, bir adama namə yaz,Mahalı incidib, eldən danışma!Ara qarışdırma, ay səmi diraz!Kar çıxmaz qovğadan, qaldan danışma!
Göyçənin qonağa çoxdu hörməti;Qaysava, qayğanaq verir ləzzəti,Plov, dolma, kabab, əmliyin əti…İnsaf elə, tək motaldan danışma!
Kalman çarıq bizə adəti-nasdı,Müsəlmana "persoy" deyən xənnasdı.Ulağın eşşəkdi, yükün girbasdı,Əbrü ətlaz, tirmə, şaldan danışma!
Əgər şairsənsə, gəl, eyləyək bəhs,Bir sözünə min söz deyim dəsbədəs.Himarın dümbündə lağəri-məgəs,"Zənbur mənəm", – deyib, baldan danışma!
Neçə aşıq qaçırmışam meydandan,İstəsən, birbəbir keçirim sandan.Gəmirib kəngərdən, içib ayrandan,Coşub, kərgədandan, fildən danışma!
Adım Ələsgərdi, mərdü-mərdanaOn iki şəyirdim işlər hər yana.Tülküsən, aslanla girmə meydana,Danasan, sürtünüb, kaldan danışma!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-danisma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.
Ha lala çıxarAddadı zimistan, gəldi nobahar,İnşallah, dağlarda ha lala çıxar.
Həmayıl eyləŞahmar zülfün bədnəzərdən daldala,Çinlə gərdənində həmayıl eylə!
Narın üzKönül, sən ki düşdün eşqin bəhrinə,Narın çalxan, narın silkin, narın üz.