İçində
On səkkiz min aləm, yetmiş iki dil,Ülfət qılır bir bazarın içində.Kimi ətlaz geyir, tirmə qurşayır,Kimi üryan gəzir qarın içində.
Qafılsan, işindən tapmayıbsan baş,Üz döndərər səndən qohum, yar, yoldaş,Torpaq soyuq, bədən üryan, kəfən yaş,Tək qalarsan dar məzarın içində.
Demək nə lazımdı, özün bilirsən,Bir gün yaranırsan, bir gün ölürsən.Arsız-qəmsiz nə gününə gülürsən?!Yandırarlar səni narın içində.
Ələsgər söyləsin, sən mətləbi qan,Belə qərar qoyub qadiri-sübhan:Unutma ilqarı, itirmə iman,İman durar düz ilqarın içində.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-icinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Ağstafanın Qıraqkəsəmən kənd qəbiristanlığında anamla dayım yanaşı dəfn edilib.*Bacı-qardaş yanaşıdı,
Ağalar məniMərizəm, ərz edim dil, ağla qana,Möhübbət ataşa a qalar məni.
ArasındaSurətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
İndiA bimürvət, mən ha səndən ötəriDüşmüşəm çöllərə, sayılam indi.