Ağalar məni
Mərizəm, ərz edim dil, ağla qana,Möhübbət ataşa a qalar məni.Yoldaşım Leylisiz sel ala qanə,Qınamayın, bəylər, ağalar məni.
Çəkibdi səməndin yara bir də min,Söhbətin söyləyim yara bir də min,Vurub o sinəmə yara bir də min.Dərd üzər canımı, a qalar məni.
Naqə dönməz, çəksən gedər ovsara,Qəsdim budur: şikar olma ov sara,Qurban öldür, gəl sərini ov, Sara,Ölsəm kim dəfn edər, ağ alar məni.
Kitabxana.az · https://kitabxana.az/works/agdabanli-qurban-agalar-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Eşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Xosrov və Şirin, fəsil 107Dördüncü söylədi: sorsanız əgər,Bu, gəlin evində bir şəxsə bənzər.
Xortdanİki qonşu bir gün bəhsə girdilər,Biri bizim Həsən, biri də Cəfər.