Ox kimi sinəmdən keçir qəzadən,Səməndi sərsəri, aya əsir-əsir.Sitəmi-zülmüdən, cövrü-cəfadan,Ürəyim titrəyir, ay əsir-əsir.

Əbrü-çeşmim dolub istər, a yağa,Alışdım eşqindən, yandım, ay ağa.Xəstə canım sənəm, saldın ayağa.Elədin zülfünlə, ay əsir, əsir.

Qəm coşur ürəkdən - a daşa, desəm,Ərzimi sirdaşa, adaşa desəm.Qurbanam, dərdimi a daşa desəm,Səs çəkib verməzmi ayə, sirrə-sirr?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq