Xaldı, düzülüb hər maçın,Üzə dürdanələr kimi.Tökülübdü çin-çin saçın,Gərdənə minalar kimi.

Səni görəndən bəridi,Yandı, ürəyim əridi.Əqlim sərdə sərsəridi,Oldum divanələr kimi.

Dağın canda qaldı nişan,Halımı etdin pərişan.Ciyar hazar, oldu şan-şan,Şandakı xanalar kimi.

Qurban, yalvar yara, bir bax,Sızıldaşır yara, bir bax.Bu beymürvət yara bir bax,Dinir əfsanələr kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri