Bir söz deyim qulluğuna:Ərzim al xanım, al, xanım.Əmim şəkər məmələrdən,Şirin bal xanım, bal, xanım.

Ay kimi rübənd tökülüb,Qaşlar qüdrətdən çəkilib.Dərdindən qəddim bükülüb,Olub dal xanım, dal, xanım.

Qaldı səndə arzumanım,Başına dönüm, dolanım.Qurban deyir: - çıxdı canım,Yəqin bil xanım, bil, xanım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri